Icma.az, 525.az portalına istinadən məlumat verir.
Təhlükəli material şübhəsi ilə təxliyyə edilən və təcili yardım qruplarının göndərildiyi Londondakı Hitrou Hava Limanının 4-cü terminalı heç bir mənfi material tapılmadığı üçün yenidən açılıb.
525.az xəbər verir ki, bu barədə hava limanının “X” hesabında paylaşım edilib.
“Təcili yardım xidmətləri Terminal 4-ün təhlükəsiz şəkildə yenidən açıldığını təsdiqləyib. Bugünkü uçuşların planlaşdırıldığı kimi həyata keçirilməsi üçün əlimizdən gələni edirik”, - deyə hava limanının açıqlamasında bildirilib.
Qeyd edək ki, London Metropoliten Polisinin rəsmisi hava limanında baş verən hadisəni kütləvi çaxnaşma nümunəsi kimi qiymətləndirmişdi.
Məhəmməd Tağıyev