Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 2 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın ən böyük hava limanı olan Hitrou hava limanının genişləndirilməsi planı çərçivəsində Sinqapurun Changi hava limanı ilə əməkdaşlıq nəzərdə tutulur.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, dünyanın ən yaxşı hava limanı kimi tanınan Changi sərnişinlərə hovuz, kinozal və kəpənək bağı kimi imkanlar təqdim edir. Layihənin təşəbbüskarı, otel maqnatı “Surinder Arora” bildirib ki, məqsəd sərnişinlər üçün dünyanın ən yaxşı təcrübəsini yaratmaqdır. Şirkətin rəhbərlik etdiyi Heathrow West planı 2 min 800 metrlik əlavə uçuş-enmə zolağının tikintisini nəzərdə tutur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London