Icma.az, Olke.az saytına istinadən bildirir.
Daxili və beynəlxalq təzyiqlər fonunda Hizbullah maliyyə mənbəyi olan Əl-Qard Əl-Həsən Assosiasiyasını sanksiyalardan yayındırmaq üçün addımlar atmağa başlayıb.
"Ölkə.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əşarq Əl-Əvsət" qəzetinin məlumatına görə, təşkilat assosiasiyanın bəzi bizneslərini idarə edəcək yeni kommersiya qurumu yaradıb.
Qeyd olunur ki, ABŞ-ın bu cür hərəkətləri təsdiqləməsi ehtimalı azdır.
"Bu, amerikalıları qane etməyəcək. Əsas biznes, yəni Əl-Qard Əl-Həsənin mövcudluğunun davam etməsi və fərqli bir ad altında olsa da, göstərdiyi xidmətlər qorunub saxlanıldığı müddətcə forma dəyişikliyi onları sakitləşdirməyəcək", mənbə vurğulayıb.
Əl-Qard Əl-Həsən Assosiasiyası 1983-cü ildə təsis edilmiş qeyri-kommersiya maliyyə qurumudur. Onun Livan boyunca 31 filialı var. O, silah alışı, eləcə də təşkilatın döyüşçülərinə maaşların ödənilməsi də daxil olmaqla, Hizbullahın fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə olunur.
Elvin
Ölkə.az