Hizbullah ağır bədəl ödəyəcək Netanyahu

19.06.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və bu cür hücumlara görə Hizbullahdan çox ağır bir bədəl tələb edəcək.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“ÇAXAL qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün hərəkətə keçəcək.

Dünən də daxil olmaqla, birmənalı şəkildə qeyd etdiyim kimi ordu şimali İsrail icmalarını qorumaq üçün lazım olduğu qədər cənubi Livandakı təhlükəsizlik zonasında qalacaq”, - o bildirib.

Qeyd edək ki, Hizbullahın hücumu nəticəsində Livanın cənubunda biri batalyon komandiri olmaqla dörd İsrail əsgəri həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью