“Hizbullah” atəşkəs başlayandan bəri ilk dəfə İsrailə raket zərbələri endirib

02.12.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hizbullah” atəşkəsdən sonra ilk dəfə İsrailin şimalındakı Dov dağına iki raket atıb.

Ölkə.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Raketlərin yaşayış olmayan əraziyə düşdüyü bildirilir. İnsan tələfatı ilə bağlı isə məlumat verilməyib.

İsrailin müdafiə naziri İsrael Katz “Hizbullah”ın raket hücumuna sərt cavab verəcəklərini açıqlayıb.

Qeyd edək ki, İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.//APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью