“Hizbullah” Bəşər Əsədə dəstək verəcək

06.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hələb, İdlib və Tel-Rifatdan sonra Suriyada strateji əhəmiyyətə malik Həma şəhərinin silahlı müxalif qruplar tərəfindən ələ keçirilməsinndən bir neçə saat sonra “Hizbullah” da məsələ ilə bağlı açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, “Hizbullah”ın baş katibi Naim Qasim yayımladığı videomüraciətdə Suriyada xaos yaratmağa çalışan terror qruplarının irəliləməsinə qarşı Bəşər Əsəd hökumətinin yanında olacaqlarını bildirib.

“Ötən günlərdə etdikləri hərəkətlərə baxmayaraq, onlar məqsədlərinə çata bilməyəcəklər və biz “Hizbullah” olaraq bacardığımız qədər bu təcavüzün hədəflərinin qarşısını almaq üçün Suriyanın yanında olacağıq”,-deyə N.Qasim bəyan edib. O, hücumun ABŞ və İsrail tərəfindən dəstəkləndiyini bildirib.

Qasim “Hizbullah”ın Suriya Prezidenti Bəşər Əsədi necə dəstəkləyəcəyi ilə bağlı ətraflı məlumat verməsə də, İrana yaxın qruplaşmanın əlindən gələni edəcəyini bildirib.

Müşfiq Abdulla 
“Cebhinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью