Hizbullah Beyrutdan İsraillə danışıqları dayandırmağı tələb edib

15.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Hizbullah İsrailin Livan ərazisinə son hücumlarının cavabsız qalmayacağını və buna “lazımi” cavab veriləcəyini bildirib. Eyni zamanda təşkilat Livan hakimiyyətindən İsraillə aparılan danışıqlar prosesinə son qoymağı tələb edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

İran tərəfindən dəstəklənən qruplaşmanın bəyanatında İsrailin baş verənlərdən “aydın nəticələr” çıxarmalı olduğu vurğulanıb. Hizbullah nümayəndələri İsrailin hücumlarının, pozuntularının və mövcud vəziyyəti birtərəfli qaydada qəbul etdirməyə yönəlmiş cəhdlərinin davam edə bilməyəcəyini bildiriblər.

Təşkilatın bəyanatında qeyd olunub ki, İsrailin bu cür hərəkətləri bundan sonra da “lazımi şəkildə” cavablandırılacaq.

Hizbullah, həmçinin, Livan rəhbərliyinin hazırkı siyasətini kəskin tənqid edib. Təşkilat Livan hakimiyyətinin “alçaldıcı birbaşa danışıqlar yolunu” davam etdirməkdə israr etməməli olduğunu bildirib.

Hizbullahın fikrincə, bu formatda diplomatik təmasların davam etdirilməsi yalnız qarşı tərəfə “təmənnasız güzəştlər” verilməsinə gətirib çıxarır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью