Hizbullah dünyaya çağırış etdi

16.03.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalındakı bəyanatında deyilir.

"Bu vəhşi təcavüz Qəzzanın ədalətsiz blokadasını aradan qaldırmaq və oraya humanitar yardım çatdırmaq üçün Yəmən xalqını Fələstin xalqına dəstəyindən əl çəkməyə məcbur etmək üçün cəhddir. Sənanın yaşayış məntəqələrinə və bir sıra əyalət şəhərlərinə edilən hücum, onun regiondakı təkəbbürlü siyasətinə qarşı çıxanlara terror həyata keçirən Amerika administrasiyasının əsl simasını ortaya qoyur",- qeyd olunur.

Hizbullah ABŞ-ın hərəkətlərini müharibə cinayəti və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir:

"Dünyanın bütün azad xalqlarını BMT-nin susqunluğunu pisləyərək Yəmənin və onun xalqının müdafiəsi üçün səslərini ucaltmağa çağırırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью