Hizbullah ın daha bir lideri MƏHV EDİLDİ

22.01.2025

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Livanda “Hizbullah” qruplaşmasının liderlərindən biri Şeyx Məhəmməd Hammad məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı məlumat yayıb.

Mövcud məlumata görə, Livanın mərkəzi hissəsində, Qərbi Bekaa bölgəsində qruplaşma liderinin avtomobilinə hücum edilib. Maşgər kəndi yaxınlığında naməlum şəxslər ona atəş açıb.

Həmmada altı güllə dəyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu xilas edə bilməyiblər.

Hələlik heç bir Livan silahlı qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Yanvarın 18-də "Hizbullah"ın baş katibi Şeyx Nəim Qasım İsraili döyüşçülərinin səbrini sınamamağa çağırıb və bunun mümkün nəticələri barədə xəbərdarlıq edib.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью