Hizbullah İsrail qərargahına zərbə endirdi

22.11.2024

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Hizbullah döyüşçüləri Qolan təpələri və Aşağı Qalileydə İsrail ordusunun mövqelərinə raket zərbələri endirib.

Redaktor.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında yayılan məlumatda deyilir.

“İslam müqaviməti döyüşçüləri Kibbutz Maale Qolanidəki “HaHermon” 810-cu ehtiyat piyada briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib.

Həmçinin Hermon dağında, 210-cu ərazi diviziyasında yerləşdirilmiş raket hücumu xəbərdarlığı sisteminə də zərbə endirilib”, - deyə bildirilib.

İsrail ordusunun zabit və əsgərləri arasında itkilərin olduğu qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью