“Hizbullah” İsraildəki beş hərbi bazaya zərbələr endirib

17.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Livanın “Hizbullah” hərəkatı İsraildəki 5 hərbi bazaya hücum etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin “Telegram” kanalında yaydığı məlumatda deyilir.

Məlumata görə, Hayfada Hərbi Hava Qüvvələrinin logistik və dəniz bazaları vurulub.

“İsrailin Stella Maris strateji dəniz monitorinq bazası, Karmeldəki logistika bazası və qaz anbarının yerləşdiyi Nişer bazası hücuma məruz qalıb”, - hərəkatın paylaşdığı məlumatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью