Hizbullah İsrailə 250yə yaxın mərmi atdı

25.11.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Livanın "Hizbullah" hərəkatı İsrailə 250-yə yaxın mərmi atıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.

""Hizbullah" terror təşkilatı tərəfindən atılan 250-yə yaxın mərmi Livanın İsraillə sərhədini keçib", - Müdafiə Nazirliyi bildirib.

İsrail ordusu qeyd edib ki, onlar 24 noyabr saat 23:00-a olan statistikanı təqdim ediblər.

Qurumdan əlavə edilib ki, ordu İsraili və onun sakinlərini "Hizbullah" təhlükəsindən qorumağa davam edəcək.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью