Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran və ABŞ arasında yeni bir toqquşma ehtimalı yaranarsa, "Hizbullah" qruplaşması İsrailə qarşı hərbi addımlar atmaqdan imtina edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu bəyanatla Livanın birpalatalı parlamentinin sədri Nəbih Berri çıxış edib.
Siyasətçi qeyd edib ki, bu dəfə "Hizbullah" İranın xeyrinə hər hansı bir toqquşmaya qoşulmayacaq və həmin mövqe ölkə prezidenti Cozef Auna da bildirilib.
Berri 2026-cı il martın 2-də başlanan hərbi gərginlikdən etibarən qruplaşma və Livan rəhbərliyi arasında vasitəçilik edir. Sədrə yaxın mənbələrin portala verdiyi izahata əsasən, "Hizbullah"ın bu qərarı Livanın cənubunda İsrailin hava hücumlarından ziyan çəkən əhalinin üzləşdiyi çətin vəziyyətlə əlaqədardır.
Mənbələr bildirirlər ki, təşkilatın öz tərəfdarlarından bu cür addıma görə mənfi reaksiya görə biləcəyi narahatlığı onları ehtiyatlı davranmağa məcbur edir.