“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başlayıb

11.03.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Livanın “Hizbullah” hərəkatı İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, İsrailin şimalına 100-dən çox raket atılıb. Yuxarı Qalileydə, Qolan təpələrində, Kiryat Şmona və Hayfa şəhərlərində partlayış səsləri eşidilib. 

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi kütləvi hücumu dəf etməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью