Hizbullah İsrailə raket zərbələri endirdi

30.05.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Hizbullah qruplaşması İsrailin Yuxarı Qalileya bölgəsində yerləşən Safed şəhərində hərbi obyektlərə raket zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb.

“Hücum zamanı yüksək dəqiqlikli raketlərdən istifadə olunub", - deyə məlumatda qeyd olunub.

Bəyanatda əlavə olaraq bildirilib ki, Hizbullaha məxsus PUA-lar İsrail qoşunlarının yerləşdiyi Liman və Şomera qəsəbələrindəki kazarmalara da hücum edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью