“Hizbullah” İsrailin hərbi itkiləri ilə bağlı açıqlama yayıb

20.11.2024

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Hizbullah” Livanda quru əməliyyatın başlandığı oktyabr ayından bu yana 110-dan çox İsrail əsgərinin öldürüldüyünü, 1050-dən çox əsgərin yaralandığını iddia edir.
Reyting.az
bildirir ki, “Hizbullah”-ın açıqlamasına görə, İsrailin Livana qurudan hücumlarının başladığı oktyabr ayının əvvəlindən bu yana İsrail ordusunun itkisi 110-dan çox olub. 1050-dən çox əsgər isə yaralanıb.
Quru hücumları zamanı İsrailin 48 Merkava tankı, 9 hərbi buldozeri, 2 hərbi CEEP-i, zirehli texnika və hərbçi daşıyıcısı məhv edilib.
Aşıqlamada “Hizbullah”ın İsrailin Hafiya şəhərinin Karyut bölgəsinə və Safed şəhərindəki hərbi bölgələrə hücumlara da diqqət çəkilir. Bildirilir ki, 4 ayrı hadisədə 21 İsrail əsgəri hədəf alınıb.
Qeyd edək ki, İsrail ordusu Livana qarşı hücumlarda məhdud itki hesabatlarından başqa heç bir açıqlama vermir.
2023-cü il oktyabrın 8-dən “Hizbullah”la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bu yana 3544 nəfər, o cümlədən 902 qadın və uşaq və 212 tibb işçisi ölüb, 15 036 nəfər yaralanıb.
Onu da qeyd edək ki, ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç davam edir. BMT-nin məlumatına görə, İsrailin hücumları nəticəsində Livanda 1 milyon 400 mindən çox insan didərgin düşüb. Livan hökuməti köçkünlərin 610 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

V. QULİYEV

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью