Hizbullah İsrailin hərbi kəşfiyyat bazasını VURDU

24.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Livanın "Hizbullah" hərəkatı İsrailin Təl-Əviv ətrafında yerləşən hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib.

"Unikal" xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. 

"İslam müqaviməti döyüşçüləri Livan-Fələstin sərhədindən 110 km aralıda, Təl-Əviv ətrafında yerləşən hərbi kəşfiyyata məxsus Gillot bazasına yüksək dəqiqlikli raketlərlə hücum ediblər", - məlumatda deyilir.

Bu, bir gündə İsrailin hərbi obyektlərinin üçüncü dəfə atəşə tutulmasıdır.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью