Hizbullah İsrailin qərargahını vurdu

19.11.2024

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hizbullah təşkilatının silahlı dəstələri İsrailin paytaxtı Təl-Əvivin yaxınlığında yerləşən Qlilot hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib.

Bakupost.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat verilib.

“Müqavimət qüvvələri Təl-Əvivin kənarında, Livan-Fələstin sərhədindən 110 km məsafədə yerləşən Qlilot bazasını (İsrail hərbi kəşfiyyatının qərargahı) yüksək dəqiqlikli raketlərlə atəşə tutublar”, - deyə bildirilib.

Hücumun nəticələri barədə informasiya verilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью