Hizbullah İsrailin şimalına raket zərbələri endirib Doğru Xəbərlər

19.11.2024

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Livanın “Hizbullah” hərəkatının döyüşçüləri İsrailin şimalındakı Safed şəhəri və Kiryat Şmona qəsəbəsinə bir sıra raket zərbələri endirib.

Bu barədə hərəkatın müraciətində deyilir.

“İslam müqavimət döyüşçüləri… işğal altındakı Safed şəhərinə raket zərbələri endiriblər”, – bəyanatda deyilir.

Hizbullah Kiryat Şmona qəsəbəsinə də hücum edib.

Bundan əvvəl bildirilmişdi ki, İsrail əsgərlərinin Beyruta hücumu nəticəsində Livanın şiə Hizbullah hərəkatının mətbuat xidmətinin rəhbəri Məhəmməd Afif öldürülüb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью