“Hizbullah” lideri atəşkəsdən sonra ilk dəfə danışdı

29.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Hizbullah” lideri Naim Kasım atəşkəslə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, İsraillə atəşkəs razılaşmasını “İlahi qələbə” kimi qiymətləndirib. “Hizbullah” lideri bildirib ki, İsrail hücum edərsə, təşkilat müharibəyə hazırdır. Onun sözlərinə görə, razılaşmanın həyata keçirilməsi üçün “Hizbullah” ilə Livan ordusu arasında koordinasiya yüksək səviyyədə aparılacaq.

İsrail qüvvələrinin minlərlə insanı qətlə yetirdiyini və didərgin saldığını qeyd edən “Hizbullah” lideri bildirib ki, İsrail ordusunun Livan xalqına qarşı hücumları müvəffəqiyyət qazanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью