“Hizbullah məsələsini onlar daha yaxşı həll edə bilər”

16.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Suriyanın Hizbullah şiə təşkilatı ilə bağlı yaranan problemləri həll edə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən Böyük Yeddiliyin (G7) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri qeyd edib ki, İsrailə Suriyanın Hizbullah məsələsini həll etməsinə imkan verməyi təklif edib.

“Mən İsrailə Suriyanın Hizbullahla məşğul olmasına icazə vermələrini təklif etdim, çünki açığı, düşünürəm ki, onlar bunu daha yaxşı idarə edə bilərlər”, - deyə Donald Tramp bildirib.

Tramp Suriya Prezidenti Əhməd əl-Şaranın bu məsələ ilə bağlı nizam yaratmaq üçün uyğun şəxs olduğunu vurğulayıb. Onun sözlərinə görə, söhbət zaman-zaman ortaya çıxan kiçik bir problemdən gedir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью