Hizbullah silahlanmadan imtinanın şərtini açıqlayıb

09.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Livanın "Hizbullah" təşkilatı İsrail qoşunlarının Livanı tamamilə tərk edəcəyi təqdirdə tərksilahla bağlı dialoqa hazır olduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə adını açıqlamaq istəməyən "Hizbullah" nümayəndəsi Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" nəşrinə açıqlamasında deyib.

"İsrail Livanın cənubundakı işğal olunmuş beş bölgədən qoşunlarını çıxarıb bombardmanları dayandıracağı təqdirdə Livan Prezidenti Cozef Aunla hərbi arsenalımızın gələcəyini müzakirə etməyə hazırıq", - deyə "Hizbullah" təmsilçisi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью