Hizbullah silahları təslim edəcəkmi? Zeynəb açıqladı

11.10.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail regionda mövcudluğunu davam etdirdiyi müddətcə Hizbullah silahlarını təslim etməyəcək və lazım olsa, hər şeyi riskə atacaq.

Axar.az xəbər verir ki, bu sözləri Hizbullah siyasi bürosunun üzvü Qalib Əbu Zeynəb bildirib.

Əbu Zeynəb İsrailin hələ də Livan ərazilərini işğal etdiyini, onun hava məkanını pozduğunu və mülki insanları hədəfə aldığını vurğulayaraq bu şəraitdə silahı yerə qoymağın ölkənin təhlükəsizliyini riskə atacağını deyib.

Bundan əlavə, o keçmişdə ABŞ və İsrail dairələrinin irəli sürdüyü tərksilah təkliflərini tənqid edərək bu yanaşmanın Livanın maraqlarına zidd olduğunuda qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью