Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İsrail ordusu Hizbullahın bir sıra yeni hədəflərinə hücum edib və lazım gəldikdə hücumları davam etdirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Bir müddət əvvəl İsrail qüvvələri Livan boyu Hizbullah komandanlıq mərkəzlərinə, infrastruktura, terrorçulara, reaktiv yaylım atəşi sistemlərinə və silah anbarlarına hücum edib. İsrail ordusu mülki İsrail sakinlərini qorumaq üçün lazım gəldikdə zərbələr endirməyə davam edəcək", - bildirilib.
Qeyd edək ki, İsrail ordusu bir gün ərzində Livana ikinci silsilə kütləvi zərbələrin başladığını elan edib.