Hizbullaha təyyarə ilə milyonlarla dollar daşınırmış...

21.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hakimiyyəti Livanın Hizbullah təşkilatına maliyyə dəstəyi göstərən 10 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edilib ki, nazirlik Hizbullaha maliyyə vəsaitlərinin ötürülməsinə cavabdeh şəbəkənin üzvü olan 10 şəxsi sanksiya siyahısına daxil edib.

Sənədə əsasən, həmin şəbəkə çərçivəsində fəaliyyət göstərən şəxslər Livan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İran arasında kommersiya reysləri ilə uçaraq yüz milyonlarla dollar vəsaitin ötürülməsini həyata keçiriblər. ABŞ tərəfinin məlumatına görə, bu mexanizm Hizbullaha xarici valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью