Hizbullahdan bəyanat: İsrail yalan deyir...

03.12.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hizbullah hərəkatından atəşkəsin pozulması ilə bağlı bəyanat verilib.

Bakıvaxtı.azxəbər verir ki, hərəkat ötən gün axşam saatlarında İsrail ordusunun işğal olunmuş Livanın Kfar Şuba təpələrindəki Ruveysat əl-Aləm məntəqəsini hədəf almasına cavab olaraq tədbir gördüyünü bildirib.

Həmçinin İsrailin atəşkəsi dəfələrlə pozmasına cavab olaraq zərbə endirildiyi vurğulanıb.

Hərəkat bəyan edib ki, İsrail xüsusilə Livanın cənubuna və Bekaa vadisinə hücumlarını gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Hizbullahın İsrail ərazisinə 2 raket zərbəsi endirdiyi haqda məlumat yayılıb. Daha sonra isə İsrailin cavab olaraq hücuma keçdiyini bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью