Hizbullahdan gözlənilməz addım: Atəşkəsdən sonra ilk dəfə...

02.12.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hizbullah atəşkəs başlayandan bəri ilk dəfə İsrailə raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, raketlər  yaşayış olmayan ərazidə düşüb.

“Hədəf İsrailin şimalındakı Dov dağı olub. Raketlər yaşayış olmayan əraziyə düşüb. İtki yoxdur”, – deyə mətbuat xidməti vurğulayıb.

Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs haqqında razılaşma noyabrın 27-də qüvvəyə minib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью