Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün yayılan hesabata görə, İsrail ordusu Livanın cənubunda Hizbullahın ixtiyarında gözlədiyindən daha böyük miqdarda Rusiya silahı ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin Suriya təhlükəsizlik rəsmiləri və ərəb mənbələrinə istinadla verdiyi məlumatına görə, silahların bir çoxu Rusiya tərəfindən illərlə təchiz edilən Suriya ordusuna məxsus olub.
Lakin silahların Livan terror qruplaşmasına necə çatdığı bəlli deyil.
“Həm Rusiya, həm də Hizbullah Suriya vətəndaş müharibəsində Suriya Prezidenti Bəşər Əsədin tərəfində vuruşub.
Hizbullahın müasir, mürəkkəb silah anbarı həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki hərbi təxminləri çox üstələyib.
Hesabatda deyilir ki, bu, İsrail əsgərlərini vurmaq və öldürmək qabiliyyətini gücləndirir”, - nəşr qeyd edib.