Hizbullahın atdığı raketlərdən biri BenQurion aeroportuna düşüb, uçuşlar dayandırılıb

06.11.2024

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hizbullahın İsrailə atdığı 10 raketdən biri Tel-Əvivdə Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, raket aeroportun ərazisinə düşüb və xəsarət alan olmayıb.

Raket zərbəsindən sonra uçuşlar dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью