Hizbullahın daha iki komandiri məhv edildi

13.03.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

İsrail ordusunun zərbələri nəticəsində Livanda Hizbullah hərəkatının raket bölüyünün iki komandiri öldürülüb.

Axar.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında qeyd olunur:

"Litani çayının şimalına zərbə endirərək Hizbullahın Bədr xüsusi təyinatlı qüvvələrinin raket dəstəsi komandirini və atəş nəzarəti komandirini məhv etdik. Mart ayının əvvəlindən bəri Hizbullahın Bədr bölməsi İsrail ərazisinə çoxsaylı raketlər atıb", - deyə bildirilib.

Qeyd edək ki, İsrail Livanda Hizbullaha qarşı növbəti hərbi əməliyyata başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью