“Hizbullah”ın raket hücumlarına cavabdeh komandiri öldürüldü

06.11.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Livanın cənubunda İsrailə raket hücumlarına görə məsul olan “Hizbullah” qruplaşmasının komandiri öldürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Əl-Xiyam sərhəd bölgəsindəki “Hizbullah” qüvvələrinin komandirini, Qalileyada məskunlaşan ərazilərə, xüsusən Metula ərazisinə çoxsaylı raket hücumlarına cavabdeh olan Hüseyn Əbdül-Halim Hərbi məhv edib”, - mətbuat xidmətindən bildirilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью