Hokkeyin yaradıcılarına ağır zərbə Danimarka Kanadanı evə yollayıb

23.05.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hokkey üzrə dünya çempionatında 1/4 final oyunları keçirilib.

İdman.biz xəbər verir ki, mərhələnin ən sürpriz nəticəsi Kanada - Danimarka matçında yaşanıb.

Hokkeyin yaradacıları gözlənilmədən zəif rəqibə uduzublar. Uzun müddət hesabda öndə olan kanadalılar son 3 dəqiqədə iki şayba buraxaq məğlub olublar. Qrup mərhələsinin ilk 3 matçında uduzan danimarkalılar isə çempionatda ardıcıl 5-ci qələbələrini qazanıblar.

Son çempion Çexiya İsveçə uduzub. İsveçrə isə Avstiya ilə qarşılaşmada çətinlik çəkməyib. Mundialın favoritlərindən hesab olunan ABŞ isə Finlandiyanı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, mayın 24-də keçiriləcək yarımfinalda İsveç ABŞ-la, İsveçrə isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.

Dünya çempionatı
1/4 final
22 may

ABŞ - Finlandiya - 5:2
İsveçrə - Avstriya - 6:0
Kanada - Danimarka - 1:2
İsveç - Çexiya - 5:2

1/2 final
24 may

İsveç - ABŞ
İsveçrə - Danimarka

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью