Hökm icra olundu: Gənc qıza 74 şallaq vurulub

24.11.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

Cəzanın səbəbi 2024-cü ildə müğənninin "YouTube" kanalında canlı yayımlanan konsertidir. Yayım vaxtı 29 yaşlı Əhmədi səhnəyə başı və çiyinləri açıq paltarda çıxmışdı.
Bu ilin iyun ayında Qum şəhərinin cinayət məhkəməsi Əhmədini və daha səkkiz nəfəri "ədəbsiz və nalayiq materiallar" yaymaqla "ictimai əxlaqı təhqir etməkdə" təqsirli bilib. Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər. Vəkillərin BBC-yə dediyinə görə, sentyabrın sonunda Qum şəhərinin apellyasiya məhkəməsi onların şikayətlərini təmin etməyib və hökmü qüvvədə saxlayıb.
- Hökmün ləğvinə, heç olmasa cəzanın yüngülləşdirilməsinə və ya icrasının təxirə salınmasına nail olmaq üçün əlimizdən gələni etdik, amma heç nə alınmadı. Müvafiq bölmənin əməkdaşları cəzanın dərhal icra olunmasında israr etdilər,- vəkillərdən biri deyib.
İslahatçılara yaxın olan "Etemad" qəzeti müdafiə tərəfinin digər vəkili Mustafa Niliyə istinadən Əhmədi ilə birlikdə şallaqlanan dörd kişinin adını açıqlayıb. Bunlar Süheyl Fəqih-Nəsiri, Əmin Tahiri, Əmirəli Pirniya və Möhsün Ləşkəridir.
Yada salaq ki, 2022-ci ildə 22 yaşlı kürd qızı Məhsa Əmini hicabı "düzgün" taxmadığına görə Tehranda əxlaq polisi tərəfindən saxlanılmışdı. Onun polis şöbəsində həyatını itirməsindən sonra İranı kütləvi etirazlar bürümüşdü. Hakimiyyətə qarşı ümummilli nümayişlər zamanı qadınlar baş örtüklərini çıxarıb yandırırdılar. Etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələri yüzlərlə insanı qətlə yetirmişdi. O vaxtdan bəri İranda bir çox qadın və qız açıq itaətsizlik əlaməti olaraq ictimai yerlərdə başlarını örtməkdən imtina edir. Hakimiyyət isə buna mütəmadi həbslər, xəbərdarlıqlar, müəssisələrin bağlanması və digər məhdudlaşdırıcı tədbirlərlə cavab verir.

Tariyel Həsənov

AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью