Hökümə bu kənddə dəfn olunacaq

26.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyevanın dəfn olunacağı yer bəlli olub.

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün düşən şəxslərin dəfn edildiyi Göygöl rayonunun Molla Cəlilli kəndində torpağa tapşırılması gözlənilir.

Hazırda Hökümənin atası Cəlil Əliyev Bakı şəhərindədir. Xəbəri eşidən hər kəs mərhumun ata evinə gəlir. Ailəyə baş sağlığı, az da olsa, təsəlli verməyə çalışır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью