Hökumə Əliyevanın bibisi oğlu faciəvi şəkildə öldü

03.07.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ordubad rayonunda Ələhi kənd orta məktəbinin direktoru 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalaraq həyatını itirib.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.

Qeyd edək ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib. A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью