Hökümə Əliyevanın bibisi oğlu: Üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi

29.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hökümə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi.

"Report" xəbər verir ki, bunu Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın bibisi oğlu Adil Yusifov deyib.

O bildirib ki, dövlətə xidmət etmək ərazi bütövlüyü uğrunda canından, qanından keçməklə yanaşı, üzərinə düşən öhdəliyi dövlətin və vətəndaşların rifahı naminə layiqincə yerinə yetirməkdir:

"Hökümə də üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi və qəhrəman kimi yaddaşlara həkk oldu. Bu amal hər bir azərbaycanlının qürur və iftixar yeridir. Bu gün Hökümənin ruhu şaddır. Çünki dövlətimiz və vətəndaşlarımız onu tək qoymadı".

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью