Hökümə Əliyevanın cənazəsi Azərbaycana nə zaman gətiriləcək? Atası açıqladı

27.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qızımın nəşi hələ Azərbaycana gətirilməyib. Bu gün ya axşam, ya da sabah səhər saatlarında gətiriləcək".

Bu sözləri Teleqraf.com-a açıqlamasında AZAL-ın qəzaya uğrayan təyyarəsinin həlak olmuş ekipaj üzvü Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

"Qızım Prezident İlham Əliyevin göstərişi ilə ll Fəxri xiyabanda dəfn ediləcək. Bu haqda bizə Nazirlər Kabinetindən məlumat verildi", - deyə bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью