Hökumə haqda film çəkilir Yeni Çağ Media

14.01.2025

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatı barədə film çəkilir.

Yenicag.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskidir.

Bildirilib ki, qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Hökümə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью