Hökümənin cənazəsi bu gecə Bakıya gətiriləcək

26.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ötən gün Bakı-Qroznı reysi ilə uçan "AZAL"ın sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Hökümə Əliyevanın cənazəsinin bu gün gecə saatlarında Bakıya gətirilməsi nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva məlumat verib.

"Dünən bir neçə dəfə ona zəng etdim, cavab vermədi. Deyirlər ki, bu gün gecə saat 12-dən sonra cənazəsi təhvil veriləcək.

Hökümə ailəli idi. Övladı yox idi", - deyə A.Abdullayeva qeyd edib.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью