Hökümənin qardaşı: Prezident başda olmaqla, bütün xalqa minnətdaram

29.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib ki, Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqı onları tək qoymayıb.

"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

C.Nəsibli qeyd edib ki, Hökümə ilə hər zaman fəxr edib:

"Ömrümün axırına kimi onunla fəxr edəcəm. Mən başda Prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına minnətdaram. Bizi tək qoymadılar. Onun iş yoldaşlarına, dostlarına minnətdaram. Hökümə çox böyük iş gördü, onun gördüyü işi heç mən bacarmaram".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью