Hökumət binasının qarşısında “BMW”ilə “avtoş”luq edən sürücü cərimələndi; 3 min VİDEO

18.07.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Hökumət binası qarşısında avtoxuliqanlıq edən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İsparta şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Belə ki, 34-YE-0018 dövlət qeydiyyat nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü Yalvaç hökumət binası qarşısında drift  edib. Təhlükəsizlik kamerası vasitəsi ilə müəyyən edilən avtomobil sürücü ilə birlikdə Çarşı məhəlləsində Cümhuriyyət küçəsində saxlanılıb. Polis sürücünü sərxoşluq testinə dəvət etsə də o, bundan imtina edib. 
Nəticədə avtoxuliqanlıq edən şəxs 2 il 2 ay müddətinə sürücülük hüququndan məhrum edilib və nəqliyyat vasitəsi evakuatorla dayanacağa aparılıb. 
O, müxtəlif yol hərəkəti qaydalarını pozduğuna görə ümumilikdə 3.155 manat cərimə olunub.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью