Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyanın hamısı 2024-cü il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Qeyd edək ki, ötən ildən siyasi partiyaların maliyyələşməsində yeni mexanizmə keçid edilib.
Belə ki, parlament seçkilərində iştirak edən siyasi partiyaların hamısına maliyyə vəsaiti ayrılır.
Ancaq ötən ilin hesabatlarına nəzər salanda görürük ki, parlament seçkilərində iştirak etməyən bəzi partiyalara maliyyə vəsaiti ayrılmayıb.
Onlardan biri sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasıdır.
Partiyanın hesabatında bütün göstəricilərin qarşısına "0" rəqəmi yazılıb. Modern.az partiya ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Partiyanın sədr müavini Rəşad Abbaslı bildirib ki, Haqq Ədalət Partiyasına indiyə qədər heç vaxt dövlət tərəfindən maliyyə vəsaiti verilməyib: "Haqq Ədalət Partiyasına indiyə kimi heç vaxt maliyyə vəsaiti ayrılmayıb.