Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

31.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Seneqal milli komandasının keçmiş baş məşqçisi Pape Tiafın müqavilə məsələsi ölkə idmanında ciddi gərginliyə səbəb olub.

Fanat.Az "Sud Quotidien"ə istinadən xəbər verir ki, Seneqal höüməti təcrübəli mütəxəssisin maaşını ödəməkdən imtina edərək, bütün xərclərin Seneqal Futbol Federasiyası (FSF) tərəfindən qarşılanmasını tələb edib.

Dövlət rəsmiləri aylıq 30 milyon FCFA maaş, 183 min avro imza bonusu və 8 aylıq təzminatı əhatə edən 3 illik müqaviləni heç vaxt təsdiqləmədiklərini bildirirlər.

FSF Pape Tiaf ilə yolları rəsmən ayırmaq istəyirsə, bu böyük məbləğdə təzminatı öz büdcəsindən ödəməli olacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью