Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu administrasiyanın sözçüsü Fateme MOhacerani bildirib.
Onun sözlərinə görə, COP29-cu mühüm ekoloji sammitlərdən biridir və ölkələr bu zirvədə yüksək səviyyədə iştirak edəcək:
"İran prezidentinin tədbirdə iştirakına da heç bir maneə yoxdur".