Hökumətdən sərt addım DÇ 2026 matçlarını izləməyəcəklər

14.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər

Argentina hakimiyyəti uşaq müavinəti və aliment ödənişlərindən yayınan şəxslərə qarşı sərt addım atıb. Onları dünya çempionatı matçlarını izləməkdən məhrum etmək qərarına gəlib.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Argentina hökuməti öz övladları qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran vətəndaşların 2026-cı il dünya çempionatına girişini və stadionlara daxil olmasını əngəlləmək üçün iş aparır.

Qeyd edək ki, genişmiqyaslı araşdırma və təhlükəsizlik koordinasiyasının bir hissəsi olaraq Argentina tərəfi artıq ABŞ rəhbərliyinə rəsmi "qara siyahı" təqdim edib. Bura uşaq müavinəti üzrə ciddi borcları olan təxminən 13 min valideyn daxil edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью