Hökumətdən strateji iqtisadi addım: Borclar ödənilir

29.10.2026

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib.

“Bakupost" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır.

Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib.

Daxili dövlət borcunun azalmasına nə təsir edib?

İqtisadçı ekspert Emin Qəribli “Bakupost”a bildirib ki, daxili borcun azalması əslində sırf dövlətin qəbul etdiyi proqramdan qaynaqlanır:

“Dövlət borcun artmasını və asılı vəziyyətə düşməsini istəmir. Müstəqil iqtisadi siyasət yürütmək üçün borclanmanı azaltmaq lazımdır. Sirr deyil ki, bir çox ölkələrdə borclanma durmadan artır. Bəzi inkişaf etmiş ölkələr kifayət qədər yüksək iqtisadi göstəricilərə malik olsa da, onlarda yüksək borclanma prosesi gedir. Azərbaycanda da makroiqtisadi göstəricilər müsbətdir, valyuta ehtiyatlarımız da artır. Bu əsasda hökumət də borc yükünü azaldır ki, gələcək nəsillərə daha labüd şərait yaradılsın”.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью