Hökumətin istefasından sonra Makrondan ilk açıqlama

06.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

“Yaxın günlərdə yeni baş naziri təyin edəcəyəm”, – deyə Makron qeyd edib.

Bundan əvvəl Fransa Milli Assambleyası 2025-ci il dövlət büdcəsinin sosial bölmələrini parlamentdən yan keçərək qəbul etdiyinə görə Nazirlər Kabinetinə etimadsızlıq barədə qətnaməni təsdiqlədikdən sonra Fransa prezidenti baş nazir Mişel Barnyenin hökumətin istefası ilə bağlı müraciətini qəbul edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью