Hökumətin tələbələrlə bağlı qərarı: Nəyi dəyişəcək? | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.
Qeyd edək ki, təhsil ekspertləri ali təhsillə bağlı ixtisasların təsnifatı barədə müxtəlif təkliflərlə çıxış ediblər.
Yeni ixtisasların təsnifata əlavə olunması və bəzi ixtisasların adında dəyişiklik edilməsi bizə nə verəcək?
Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, 2025-ci ildə ali təhsil müəssisələrində təqdim olunacaq “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları ölkənin iqtisadi və elmi inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər.
Ekspertin sözlərinə görə, tədris proqramlarına daxil edilən bu ixtisaslar əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılıb: “Məsələn, riyaziyyat və fizika sahəsində müəllimlərin çatışmazlığı Azərbaycan təhsil sistemində uzun müddətdir mövcuddur.
2023-cü ilin statistikasına əsasən, ölkə üzrə bu sahələrdə ixtisaslı müəllimlərin təminatında 12%-lik boşluq qeydə alınıb.
Tam oxu
Xəbəri oxu