Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir.Reyting.az xəbər verir ki, komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub.Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.İclasda iki ölkə arasında ticarət-iqtisadi, energetika, investisiya, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.