Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveç millisinin hücumçusu Erlinq Holand UEFA Millətlər Liqasında Uelsə qarşı keçirilən görüşdə tarixi nailiyyətə imza atıb.
İdman.Biz xəbər verir ki, “Mançester Siti”nin futbolçusu komandasının 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada fərqlənərək milli komandadakı qollarının sayını 66-ya çatdırıb.
Holand bu göstəriciyə Norveç yığmasının heyətində keçirdiyi cəmi 60 oyunda nail olub. Bununla da o, Almaniya futbolunun əfsanəsi Gerd Müllerin 1974-cü ildə müəyyənləşdirdiyi nəticəni təkrarlayıb.
Norveçli hücumçu Müllerdən sonra Avropada milli komandadakı ilk 60 qarşılaşmasında 66 qol vurmağı bacaran ilk futbolçu olub. Beləliklə, 52 ildən sonra bu göstəriciyə yenidən nail olunub.
Holand Uelslə matçın 87-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. O, bundan əvvəl Andreas Şelderupun vurduğu ikinci qolda da məhsuldar ötürmə ilə yadda qalıb.
Müqayisə üçün, Gerd Müller Almaniya millisində ümumilikdə 62 oyun keçirərək 68 qol vurub. Holand isə hazırda 60 matçda 66 qolla həmin göstəriciyə yaxınlaşıb.
Qeyd edək ki, Norveç millisi UEFA Millətlər Liqasının növbəti oyununu noyabrın 17-də Danimarkaya qarşı keçirəcək.